24 
Sen
2020
14:35
1943

Saakaşvili : "Qələbəyə doğru gedirik və qələbə qazanacağıq"

"Bu qədər təqib və bədbəxtlikdən sonra, hər şeyə baxmayaraq Vahid Milli Hərəkat və Birləşmiş Müxalifət çox güclü bir majoritar qrupu təqdim etdilər"

İnterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook səhifəsində video müraciətdə açıqlama verib.

Saakaşvilinin sözlərinə görə , Devi Çankotadze Çxaltubo, Samtredia, Vani və Xoni majoritar dairələrində namizəd göstərildi, o, Milli Hərəkatın partiya siyahısında təmsil olunacaq.

"Ənənəvi liderlərdən başqa siyahıda yeni simalar da var: Olimpiya çempionu Manuçar Kvirkvelia, Zugdididən çox güclü həkim Malxaz Galağonia eləcədə siyahıda bir sıra görkəmli iş adamları var. Gürcüstanda hər şeyin dəyişdiyini və yeni bir dövrün başlayacaq. Bundan başqa bizə Nanuka Jorjoliani də qatılıb. Bu da çox böyük bir tapıntıdır

Bundan əlavə, majoritar millət vəkili olmalı olduğunu ehtimal etdiyimiz, Gürcüstan tarixində inanılmaz xidmətləri olan general Devi Çankotadze, "Milli Hərəkat" ın siyahısında əsas liderlərindən biri olacaq. Devinin bizimlədir və yenidən Gürcüstanın xidmətində olacaq. Ümid edirəm , qələbəyə doğru gedirik və qələbə qazanacağıq" - dedi Saakaşvili.

Bizimlə əlaqə saxlayın