24 
Sen
2020
10:57
1449

Baş nazir məhdudiyyətlərlə bağlı bəyanat verdi

"Virusun yayılmasının qarşısını sərt qaydalar, nizam-intizamla almalıyıq, ancaq məhdudiyyətlər və iqtisadiyyatı dayandırmamalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria hökumət iclasında qeyd edib.

Tətbiq edilə biləcək hər hansı bir məhdudiyyətin ölkə miqyaslı deyil yerli miqyaslı ola bilər. Baş nazirin sözlərinə görə, məhdudiyyətlər iqtisadiyyat, təhsil və seçki prosesi kimi sahələrə şamil olunmayacaq.

“Fövqəladə vəziyyət elan edəcəyimizə və ciddi məhdudiyyətlərın qoyulmasına dair qərar qəbul edən zaman həm ölkənin resurs vəziyyətini, həm də səhiyyə sisteminin vəziyyətini nəzərə aldıq. Bilirsiniz ki, bizim səhiyyə sistemimiz başqa inkişaf etmiş ölkələrlə müqayisədə zəifdir. Ancaq bu vəziyyətlə bizim səhiyyə sistemimiz uğurla mübarizə apara bilir. Altı ayda səhiyyə sisteminin əsaslı şəkildə dəyişdiyinə dair illüziyamız olmamalıdır. Sərt qaydalarla, nizam-intizamla ancaq məhdudiyyətlər olmadan və iqtisadiyyatı dayandırmadan virusun yayılmasının qarşısını almalıyıq. Qeyd edim ki, əgər hər hansı bir məhdudiyyət tətbiq olunarsa bu ölkə miqyaslı deyil, yerli miqyaslı olacaq", - deyə Qaxaria qeyd edib.

Bizimlə əlaqə saxlayın