24 
Sen
2020
10:47
924

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə yüksəlir - REKORD

Gürcüstanda koronavirusa 259 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 4399 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 61 nəfər artaraq, 1705 nəfərə çatıb.

Eyni zamanda qeyd olunur ki, karantin rejimində 5390 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bu günə kimi, ölkədə 25 nəfər koronavirusdan vəfat edib.

Bizimlə əlaqə saxlayın