23 
Sen
2020
11:57
1673

Marneulidə etiraz aksiyası keçirilib - FOTO

Marneulidə etiraz aksiyası keçirilib. Onların əksəriyyəti məcburi köçkün, keçmiş uşaq bağçası binasında yaşayan 26 ailə idi.

İnterPress.ge xəbər verir ki, onlar, fərdi elektrik sayğaclarının quraşdırılmasını xahiş edirlər.

Etirazçılar 4 ildir ki, yaşadıqları binanın İqtisadiyyat Nazirliyinin, sayğacın isə episkopun balansında olduğunu deyirlər. Nəticə olaraq, elektrik enerjisindəki endirimdən istifadə edə bilmədiklərini söyləyiblər.

Onların sözlərinə görə, İqtisadiyyat Nazirliyinə, Bələdiyyə meriyasına, "Energo-Pro Georgia"-ya bir neçə dəfə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.Marneulidəki uşaq bağçasının keçmiş binasında yaşayan ailələr mitinq keçirdi

Bizimlə əlaqə saxlayın