23 
Sen
2020
11:56
650

Gürcüstanda koronavirusdan ölən 24-cü şəxs haqda açıqlama verildi

“Gürcüstanda koronavirusdan ölən 24-cü xəstə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasında müalicə olurdu”.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının boks şöbəsinin müdiri Marina Endeladze məlumat verib.

Marina Endeladzenin açıqlamasına görə, həyatını dəyişən xəstə ağır xəstəliklər daşıyıcısı idi.

“Bu gün səhər saat 8-də klinikamıza 18 avqust tarixində müraciət edən xəstələrimizdən biri vəfat etdi. Onda ağır xəstəliklər var idi. O, yeni əməliyyat olmuşdu. Dünyasını dəyişən xəstədə əvvəlcə ikitərəfli pnevmoniya, anemiya var idi. Onun vəziyyəti koronavirus baxımından yaxşılaşmışdı çünki 3 - 4 sentyabr tarixlərində ikiqat testlə cavab mənfi idi daha sonra 11 sentyabrda təkrar test prosesindən keçməklə əldə etdiyimiz cavab yenə mənfi oldu. Onun ağır fon xəstəlikləri səbəbi ilə xəstəni çıxarmaq mümkün olmadı və səhər saat 8-də həyatını itirdi", - dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər