23 
Sen
2020
10:44
1207

Gürcüstanda koronavirusa REKORD yoluxma və bir ölüm qeydə alındı

Gürcüstanda koronavirusa 227 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 4140 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Eyni zamanda saytda koronavirusdan daha bir nəfərin öldüyü qeyd olunub. Bununlada Gürcüstanda koronavirusdan ölüm sayı 24 nəfərə yüksəlib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 69 nəfər artaraq, 1574 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5390 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bizimlə əlaqə saxlayın