23 
Sen
2020
10:13
413

Mərkəz rəhbəri: "Heç vaxt saxta işlərlə məşğul olmamışam, hər hansı bir statistikanın saxtalaşdırılmasına imkan verməyəcəyəm"

"Mən bir çox yerdə işləmişəm və heç vaxt saxta işlərlə məşğul olmamışam, hər hansı bir statistikanın saxtalaşdırılmasına imkan verməyəcəyəm".

InterPress.ge xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə müsahibəsində bildirib.

Koronavirusla bağlı statistikanın saxtalaşdırıla biləcəyinə dair verilən suala Amiran Qamğrelidze belə cavab verdi : "Xəstəliklərə nəzarət milli mərkəzlərinin statistika şöbəsi ən şəffaf şöbələrdən biridir və mən qürur duyuram".

"Statistika, Xəstəliklərə Nəzarətin Milli Mərkəzi tərəfindən verilir. Bu mərkəzin rəhbəri isə sizin kölənizdir. Bir çox yerdə işləmişəm və heç vaxt saxta işlərlə məşğul olmamışam. Heç bir statistikanın saxtalaşdırılmasına icazə verməyəcəm. Xəstəliklərə Nəzarət Mərkəzində bütün statistik məlumatların toplandığı şöbə var və bu, ən şəffaf şöbələrdən biridir, bununla fəxr edirəm ”, - deyə A. Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın