23 
Sen
2020
09:16
910

Mərkəz rəhbəri müraciət etdi

"Maska mədəniyyətini gücləndirməliyik. Xahiş edirəm televiziyalar, media bu məlumatları insanlara çatdırmaqda bizə yardımcı olun".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Ölkədə maska taxmaqla bağlı ciddi bir ictimai hərəkat olacağını söylədi.

“Sizin vasitənizlə, köməyinizlə maska mədəniyyətini gücləndirməliyik. Qaydalara riayət etməliyik və məsafəni qotumağın mümkün olmadığı yerlərdə maska taxmaq məcburidir. Xahiş edirəm televiziyalar, medialar, insanlara bu məlumatı çatdırmaqda kömək edin ki, koronavirusun yayılmasının qarşısı vaxtında alınsın. Maska taxmaq, məsafə saxlamaq və tez-tez əlləri dezinfeksiya etmək lazımdır. Bu qaydalara riayət etsək, inanın ki, xəstəliyin qarşısını alacağıq və ölkə daxilində geniş bir epidemiyanın yayılmasına imkan verməyəcəyik.

Siz, dördüncü hakimiyyət olaraq, xalqa doğru məlumat verirsiniz, buna görə də rolunuz çox vacibdir. Xahiş edirəm, ölkədə maska ilə əlaqədar ciddi bir ictimai hərəkat olmalıdır", - dedi A. Qamğrelidze.

Bizimlə əlaqə saxlayın