23 
Sen
2020
08:55
2305

WhatsApp-a bir çox insanın xoşuna gəlməyən yenilik gəlir

Xarici mediada yayılan məlumatlara görə, WhatsApp komandası Android üçün tətbiqin 2.20.201.1 beta versiyasını buraxacaq. Bu versiyada göndərilən şəkil, eləcə də digər media sənədləri avtomatik silinəcək. Yenilik tezliklə keçmiş versiyada da istifadəyə veriləcək.

InterPress.ge xəbər verir ki, WhatsApp şirkəti mesajların avtomatik silinməsini daha əvvəl də sınaqdan keçirib.

Yeni funksiya oxşar şəkildə işləyir. İstifadəçi həmsöhbətinə multimediya sənədi, yəni şəkil, video və GIF-lər göndərə bilər. Mesajı alan istifadəçi söhbətdən çıxdıqda göndərilənlər avtomatik silinəcək. Faylları bu şəkildə göndərmək üçün yeni taymer düyməsini basmaq lazımdır. Təəssüf ki, istifadəçinin özü göndərilən sənədlər üçün müəyyən bir "zaman" təyin edə bilməyəcək. Bu yenilik bəzi şərtlər üçün, məsələn, məxfi məlumatlar göndərilərkən əlverişli ola bilər.

Bizimlə əlaqə saxlayın