22 
Sen
2020
12:11
745

Gürcüstanda son zamanlar koronavirusun sürətlə artması ilə bağlı açıqlama verildi

“Gürcüstanda yoluxma sayında müşahidə edilən artıma diqqət edilməlidir ancaq, fövqəladə vəziyyət mövcud deyil”.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze qeyd edib.

"Düzdür covid yoluxmasında artım var ancaq bu faciəvi deyil. Vəziyyətə diqqət etmək lazımdır amma fövqəladə hal yoxdur.

Düşünürəm ki, bizim səhiyyə sistemimiz bu vəziyyətin üstəsindən gələcək. Ciddi addımlar atılır. Bildiyimə görə, kovid daşıyıcılarına xidmət edən 35 stasionar açılıb, ancaq yenədə əlavələr olur. Həkimlərə treninqlər keçirilir. Düşünürəm ölkəmiz bu vəziyyətin üstəsindən gələcək. Hələ ki, ölkəmiz "Yaşıl zona" statusunda qalır", - dedi Marina Endeladze

Bizimlə əlaqə saxlayın