22 
Sen
2020
11:35
775

Gürcüstanda bu gün koronavirusa yoluxanların hansı bölgələrdən olduğları açıqlandı

“Koronavirusun təsdiqlənmiş 218 yeni halından 137-si Acarada, 47-si Tbilisidə qeydə alınıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

"Bu gün koronavirus daşıyıcılarının sayına daha 218 yeni hal əlavə olundu və bununla da virusdaşıyıcılarının ölkə üzrə ümumi sayı 3913 nəfəri təşkil etdi. Virus yayılmasına görə, Acara liderlik edir. 47 nəfər virusdaşıyıcısı Tbilisidə, Sameqrelo Zemo Svanetidə - 6, İmeretidə 26, Quriyada isə 2 yeni yoluxma halı qeydə alınıb.

Yeni sağalan xəstələr isə 40 nəfərdir. Sağalan xəstələrin say faizi isə 50 %-dən azdır ", - dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın