22 
Sen
2020
11:00
431

Gürcüstanda daha bir koronavirus xəstəsi həyatını itirdi - AÇIQLAMA

Batumi Respublika Xəstəxanasının Covid Mərkəzində bir xəstə öldü.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Acarıstanın Səhiyyə Nazirliyi təsdiqləyir. Bildirilir ki, 67 yaşlı kişi, nəvəs alma aparatına bağlı və kritik vəziyyətdə idi.

Ölən şəxs insult diaqnozu ilə başqa bir xəstəxanada müalicə almışdır. Bir neçə gün əvvəl onun koronavirus olduğu təsdiqləndi və bundan sonra Batumi Respublika Xəstəxanasına aparıldı.

Eyni zamanda, bu gün Batumidən olan 80 yaşına çatmamış bir qadın da koronavirusdan həyatını itirdi.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 22 nəfər koronavirus xəstəsi koronavirusdan həyatını itirib.

Bizimlə əlaqə saxlayın