22 
Sen
2020
09:20
3144

Baş nazir Giorgi Qaxaria xaricə işləmək üçün gedən vətəndaşlar haqda danışdı

“Əsas problemlərdən biri vətəndaşlarımızın xaricə işləmək üçün üz tutmalarıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria əhali ilə görüşü zamanı qeyd edib.

Baş nazirin sözlərinə görə, hökumət bu istiqamətdə mühüm addımlar atmalıdır.

“Ölkədəki ən böyük problemimizin işsizlik olduğunu bilirik. Ancaq hökumətin bu istiqamətdə əhəmiyyətli addımlar atması lazımdır və son bir neçə ildə 34 mindən çox iş yeri yaratdıq. Hökumət əhali üçün minimum şərait yaratmağa davam etməlidir. Önümüzdəki dörd il ərzində hökumət infrastruktur layihələrinə 20 milyard lari xərcləməyi planlaşdırır. Bu əlavə iş yerlərinin açılmasına şərait yaradacaq. Ancaq bu kifayət olmayacaq. " - dedi Baş nazir.

Bizimlə əlaqə saxlayın