21 
Sen
2020
10:39
1002

Bu ölkələrə səfər edən Gürcüstan vətəndaşları izolyasiyaya alınacaq

Gürcüstandan Litvaya və Latviyaya gedən sərnişinlər izolyasiyada qalmalı olacaq.

İnterPress.ge xəbər verir ki, Yeni məhdudiyyətlər Latviyada 19 sentyabrda qüvvəyə minib və Litvada isə 21 sentyabrda qüvvəyə minəcək.

İzolyasiya dövrü Litvada 14 gün, Latviyada isə 10 gün olacaq.

Litvanın tətbiq etdiyi yeni qaydalar Gürcüstandan başqa İsveç, Norveç, Bolqarıstan, Kanada və Farer Adalarından gələn sərnişinlərə də şamil ediləcək.

Latviya tərəfindən qoyulan məhdudiyyətlər Aİ üzvü olmayan ölkələrə Gürcüstana, Kanadaya və Tunisə və Aİ üzv olan Almaniya, Litva, Polşa, Avstriya və bir sıra digər ölkələr də daxil olmaqla şamil ediləcək.

Bizimlə əlaqə saxlayın