21 
Sen
2020
10:03
854

Gürcüstanda daha bir məktəb koronavirusa görə məsafəli təhsil formatına keçdi

“Bir müəllimin və iki şagirdin koronavirus diaqnozu qoyulduğu Senaki İctimai Məktəbi, bu gündən etibarən məsafəli təhsil formatına keçir”.

InterPress.ge xəbər verir ki, bu barədə Senaki Təhsil Resurs Mərkəzinin rəhbəri Darecan Zarandia açıqlama verib.

O, məktəbin bütün şagirdləri, müəllimləri və digər məktəb əməkdaşlarının testdən keçirildiyini qeyd etdi.

"Bu məktəb artıq məsafəli təhsil formasına keçir. Buna dair təcrübəmiz kifayət qədərdir. Müəllimlərə uşaqlara və valideynlərə həftənin bazar ertəsindən etibarən onlayn tədrisə keçməli olduqlarına dair xəbərdarlıq edilib. İndiyə qədər məktəbdə dərslər siniflərdə aparılırdı", - dedi Darecan Zarandia.

Bizimlə əlaqə saxlayın