20 
Sen
2020
14:05
430

Daxili İşlər Nazirliyinin 11 əməkdaşında koronavirus aşkarlanıb

Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrindən 11 nəfər koronavirusa yoluxub.

InterPress.ge xəbər verir ki, bu son günlərdə Covid-19 la bağlı aparılan laboratoriya testlərindən keçirilərkən məlum olub.

DİN-dən verilən məlumata görə, onlardan 6-ı Acarada mühafizəçi poliz departamentinin əməkdaşlarında, biri DİN-in xidmət agentliyinin Batumi ərazi vahidliyində, digər biri isə Daxili İşlər Nazirliyinin sərhəd polisinin operativ istintaqın baş bölməsində qeydə alınıb.

Koronavirus eləcə də fövqəladə halların idarəsi agentliyinin 2 əməkdaşında aşkarlanıb. Bunlardan biri Batumidə, digəri isə Rustavidədir.

"Koronavirusa yoluxan əməkdaşların hamısı nəzarət altında alınıb və onlardan bioloji nümunələr götürülüb. Xidmət etdikləri binalar dezinfeksiya edilib.

11 əməkdaşın hamısı müalicə alır onların sağlamlıq durumları stabildir", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın