20 
Sen
2020
13:08
2039

Qoqi Meşvelianidən şad xəbər - Bu kəndlər qazlaşdırılır və 12 milyon lari dəyərində...

Bolnisi, Dmanisi, Tetricğaro və Zalqanın Gürcü Arzusundan majoritar deputatlığa namizədi Qoqi Meşveliani Tetricğaro munisipalitetinin kənd sakinləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, namizəd seçicilərnən mövcud proseslərdən və gələcək planlardan danışıblar.

Onun qeyd etdiyinə görə, Tetricğaro munisipalitetində çox vacib layihələr həyata keçirilir, Manqlisi qazlaşdırılır, bunun çərçivəsində ətraf kəndlər təbii qazla təmin ediləcək və yaxın gələcəkdə 12 milyon lari dəyərində Manqlisi su təchizatı sisteminin inşasına başlanacaqdır.

O eyni zamanda bildiri ki, əhəmiyyətli işlərə baxmayaraq, bir sıra kəndlərdə içməli su təchizatı və daxili kənd yolları problem olaraq qalır.

O, qeyd edib ki, birlikdə, vətəndaşları narahat edən məsələləri ən qısa müddətdə həll etmək üçün fəal şəkildə çalışır.

Bizimlə əlaqə saxlayın