19 
Sen
2020
12:37
1004

Gürcüstanda bu gün koronavirusa yoluxan 187 nəfərin hansı bölgələrdən olduğu açıqlandı

"Koronavirusun təsdiqlənmiş 187 yoluxma halından 116-sı Acarada, 30-u Tbilisidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, ölkədə koronavirus dayıcılarından 14-nün vəziyyəti kritik ağır 70-dən çoxunun vəziyyəti isə ağırdır.

"187 yeni virus yoluxması qeydə alındı. Virusdaşıyıcılarının ümumi sayı 3306 nəfəri təşkil etdi. Bu 187 nəfərdən 116-sı Acarada, 4-ü Quriyada, 30-u Tbilisidə, 15-i İmeretidə, 3-ü Kaxetidə, 2-i Mçxetada, 11-i Sameqreloda, 1-i Samçxedə, 2-i Kvemo Kartlidə və 3-ü Şida Kartlidə qeydə alınıb.

46 nəfər isə sağalıb və bununla da sağalanların ümumi sayı 1481 nəfər təşkil etdi. Sağalanların say faizi 45%-dir. Covid mərkəzlərdə və mehmanxana tipli xəstəxanalarda 1798 xəstə müalicə alır. Buradan 14-ü kritik ağır, 70-dən çoxu isə ağırdır.

Yoluxucu xəstəliklər xəstəxanasına gəlincə burada 35 nəfər müalicə alır. Bunlardan biri kritik ağır, 3-ü isə ağırdır", - deyə Ezuqbaia qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər