19 
Sen
2020
11:46
1699

Gürcüstanda ağır yol qəzası baş verdi - 1 ölü, 10 yaralı

Xaşuri - Qori istiqamətində yol qəza hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, mikroavtobus yolun əsas hissəsindən çıxaraq aşıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 10-dək insan müxtəlif bədən xəsarətləri alıb.

Mikroavtobus Saçxeredən Tbilisi istiqamətinə hərəkət edirmiş.

Təcili tibbi yardım xidməti yaralıları Xaşuri, Qori və Kareli xəstəxanalarına yerləşdiriblər. Kareli xəstəxanasına yerləşdirilən orta yaşlı qadının və 2 gənc kişinin vəziyyəti həkimlərin bildirdiklərinə görə orta ağırdır. Qorinin Qormedi Klinikasına yerləşdirilən 4 yaralının vəziyyəti də orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın