19 
Sen
2020
10:49
817

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 187 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 3306 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 46 sağalma qeydə alınaraq 1481 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5014 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 19 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın