19 
Sen
2020
10:30
1765

Daxil İşlər Nazirliyi bu şəxsi axtarır

Daxili İşlər Nazirliyi itkin düşmüş 1979-cu il təvəllüdlü şəxsi axtarır. Tbilisi, Qldani rayonu, Qiorqiçminda kəndində, Çavçavadze küçəsi, N32-də yaşayan Amiran Qaprindaşvili, 29 iyul tarixində anası ilə son telefon danışığından sonra yoxa çıxıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

"Tbilisi Polis Departamentinin Qldani-Nacaladevi Baş Bölməsinin İkinci Bölməsinə bir nəfərin itkin düşməsi barədə məlumat 12 avqust tarixində daxil olub. İstintaq axtarış tədbirləri Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə başlanılıb.

Bildiriş daxil olduqdan dərhal sonra intensiv axtarış və istintaq tədbirləri başladıldı və davam etdirilir. Bu şəxsin bütün Gürcüstan ərazisində itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələrinə və müxtəlif xidmətlərə məlumat verilib.

Daxili İşlər Nazirliyi, sözügedən şəxs haqqında hər hansı bir məlumat əldə edilərsə , vətəndaşların "112" qaynar xəttə zəng vurmaları və ya ən yaxın polis bölməsinə məlumat vermələri xahiş olunur", - deyə DİN-dən bildirilir.

Bizimlə əlaqə saxlayın