18 
Sen
2020
18:47
2350

Tamar Baçaliaşvilinin ölüm səbəbi açıqlanıb

Avtomobilində meyiti aşkarlanan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ölümünə medikamentoz intoksikasiya (dərman zəhərlənməsi) səbəb olub.

InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluqdan bildirilib.

Kimyəvi-toksikoloji ekspertiza ilə müəyyən edilib ki, gənc qız dərmanları inyeksiya halında deyib, ağız vasitəsilə qəbul edib. Onun meyitində heç bir mexaniki zədə aşkarlanmayıb.

Qeyd edək ki, T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində tapılıb. Qızın ailə üzvləri onun qəsdən qətlə yetirildiyini iddia edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər