18 
Sen
2020
16:36
2599

Gürcüstanda hava kəskin pisləşəcək - AÇIQLAMA

Gürcüstanda hava sabahdan kəskin şəkildə pisləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata görə, 19 sentyabr tarixində Qara dəniz sahil bölgələrində, Kolxeti ovalığında və Mtkvari çayı hövzəsində güclü qərb küləyi əsəcək. Ölkənin qərb hissəsində yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dənizdə 2-3 bal gücündə fırtına baş verəcəyi ehtimalı var.

"Gözlənilən güclü yağışlar Gürcüstanın qərbindəki çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər və dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər", - deyə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın