18 
Sen
2020
13:31
1168

Prokurorluq Tamar Baçaliaşvilinin ölümü ilə bağlı detalar açıqladı

“Tamar Baçaliaşvilinin intihar haqqında danışdığı audio-video qeydlər əldə edilib”.

InterPress.ge xəbər verir ki, bu barədə Prokuror Amiran Quluaşvili açıqlama verib.

Baş prokurorluqda keçirilən brifinqdə qeyd edildiyinə görə, audio / video materialı izləmək və dinləmək olduqca çətindir, material Tamar Baçaliaşvilinin ciddi psixoloji vəziyyətinin olduğunu əks etdirir.

“Bu işdə də müəyyən audio-video material var ki, izləmək və dinləmək həqiqətən çətindir. Tamar Baçaliaşvili videoda meşədə intihar etməklə həyatına son verməsi barədə danışdığını təsdiq edirik. Ümumiyyətlə, mobil telefonundan və YouTube kanalından əldə etdiyimiz video kadrları, Tamar Baçaliaşvilinin ciddi psixoloji vəziyyətini əks etdirir”,- deyə Quluaşvili qeyd edir.

Məlumat üçün qeyd edək ki, Tamar Baçaliaşvili 18 iyulda yoxa çıxmışdı. 5 günlük axtarışdan sonra o, Tetricğaroda meşədə avtomobilində ölü tapılmışdı.

Bizimlə əlaqə saxlayın