18 
Sen
2020
12:09
761

Kvemo Kartlidə koronavirusa yoluxanların sayı artdı

Kvemo Kartli bölgəsində son sutkada koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, ən yüksək sutkalıq yoluxma göstəricisi 129 olmaqla Acarıstan bölgəsinin payına düşüb.

M.Ezuqbaya deyib ki, hazırda 1 657 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir: “Onların 11-nin vəziyyəti kritik, 80-ə yaxın pasiyentin durumu isə ağır qiymətləndirilir”.

Qeyd edək ki, son günlər ərzində Kvemo Kartlidə 15 nəfərdə COVID-19 aşkarlanıb.

Bizimlə əlaqə saxlayın