18 
Sen
2020
10:34
911

Gürcüstanda koronavirusa yoluxma sayı sürətlə artır - SON STATİSTİKA

Gürcüstanda koronavirusa 182 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 3119 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı 13 nəfər artaraq, 1435 nəfərə çatıb.

Eyni zamanda qeyd olunur ki, karantin rejimində 6633 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bu günə kimi, ölkədə 19 nəfər koronavirusdan vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər