18 
Sen
2020
10:01
1969

Mərkəz rəhbərinin müavinindən toyların keçirilməsinə münasibət

"Batumidəki bir çox kiçik mağazalarda, taksilərdə və mikroavtobuslarda gördüklərimnən yaxşı ki, daha pisi baş vermədi".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata Imnadze açıqlama verib.

Onun sözlərinə görə, vətəndaşlar 400 nəfərlik toylardan çəkinsəydilər vəziyyət bir az daha yaxşı olardı.

“Ölkə iyun ayından praktiki olaraq tamamilə açıqdır. İyun, iyul və avqust aylarında artıq heç bir nə məhdudlaşdırılmadı, ölkədə hərəkət tamamilə bərpa edildi. Bütün ölkələrdən və xüsusən Fransa, Almaniya, Baltikyanı ölkələrdən turistlər daxil oldu. Virusun yüksələcəyini gözləyirdik. 300-400 nəfərlik toylar olmasaydı, bir az daha yaxşı ola bilərdi. Yaz ayı boyu Acariyaya getməli olurdum və bütün bu qaydalara böyük supermarketlərdə və mehmanxanalarda çox yaxşı riayət olunurdu , amma təəssüf ki, şəhərə çıxdıqdan sonra bir çox kiçik mağazalarda, taksi və ya mikroavtobuslarda gördüklərim təəssüfverici idi. Hər kiçik dükana və ya taksiyə bir polis qoymalı deyilik ki?!", - dedi Paata Imnadze.

Bizimlə əlaqə saxlayın