17 
Sen
2020
20:00
1926

Baş nazir qərar qəbul etdi - bu ölkəyə uçuşlar bərpa olunur

"Oktyabr ayının birindən Kutaisi hava limanından Riqa istiqamətilə avia uçuş baş tutacaq".

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, uçuşları Wizzair şirkəti həyata keçirəcək.

Onun bildirdiyinə görə, hal-hazırda Riqa istiqamətilə həftədə bir dəfə reys həyata keçirilir.

"İlkin müzakirələrə görə başqa bir istiqamətə birbaşa uçuşlar həyata keçirməyimiz üçün razılıq əldə etdik. Bildiyiniz kimi, bu gün Tbilisidən Avropaya birbaşa uçuşlar beynəlxalq hava yolu şirkətləri ilə yanaşı, milli aviadaşıyıcımız üçün də açıqdır. Həm də bu gün oktyabrdan etibarən Kutaisidən Riqaya birbaşa uçuş həyata keçirməyə qərar verdik. Aviareysi "Wizzair " hava yolu şirkəti təmin edəcək ", - deyə Qaxariya qeyd edib.

Onun sözlərinə görə, hökumət diqqətlə və davamlı olaraq Gürcüstan hava yollarını açmağa davam edəcək.

"Bu, ilk növbədə epidemioloji vəziyyət və iqtisadi maraqlar nəzərə alınmaqla baş verəcək", - dedi Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər