17 
Sen
2020
12:15
1384

Müntəzəm uçuşlar ilə bağlı qərar qəbul edilir

“Hökumət yaxın günlərdə Wizzair-in müntəzəm uçuşlarının bərpa edilməsi barədə qərar qəbul edəcək.

İnterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava danışıb.

Onun sözlərinə görə, Ryanair ilə uçuşların bərpası ilə bağlı danışıqlar aparılır və məsələ bu il həll ediləcək.

“Gürcüstan adaptasiya mərhələsinə keçdi, yəni sərt qadağalar əvəzinə pandemiya ilə yaşayacağıq. İqtisadiyyat pandemiya ilə paralel olaraq işləyəcək, yəni bu da açıq sərhədlər deməkdir. Uçuşlarımızı mərhələlərlə açırıq, məsələn, sentyabr ayında 90-a qədər uçuş planlaşdırılır. Önümüzdəki günlərdə Wizzair-in müntəzəm uçuşlarının bərpa edilməsi ilə bağlı bir qərar verəcəyik. Ryanair ilə cari ildə həyata keçiriləcək uçuşların bərpasının ardıcıllığı barədə fəal şəkildə danışıqlar aparırıq" dedi N. Turnava.

Bizimlə əlaqə saxlayın