17 
Sen
2020
10:06
4911

Gürcüstanda sərhədlərin açılması ilə bağlı görüş keçirildi...

Gürcüstanda turizm sektorunu inkişaf etdirmək, ölkəni qlobal turizm xəritəsində davamlı və çox dəyərli bir istiqamətə çevirən sərhədlərin tədricən açılması istiqamətində hökumət tərəfindən göstərilən səyləri və təsirli tədbirləri dəstəkləyirik

İnterPress.ge xəbər verir ki, bu barədə UNWTO Tbilisidə keçirilən 112 ci iclasın gedişatı zamanı qəbul edilən bəyannamədə qeyd edilib.

İcraçı Şuranın Tbilisi Bəyannaməsi, UNWTO-nun baş katibi Zurab Pololikaşvili tərəfindən, şəxsən Gürcüstanın Baş naziri Qiorqi Qaxariyaya təqdim edildi.

"Biz Gürcüstanın zəngin mədəni irsindən və misilsiz qonaqpərvərliyindən bəhrələnməyimizi təmin edən, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının İcraçı Şurasının təntənəli iclasına dəvət etdiyinizə və qonaqpərvərliyə görə Gürcüstan hökumətinə çox təşəkkür edirik. Gürcüstanda turizm sektorunun inkişafı, sərhədlərin tədricən açılması üçün hökumətin səylərini və təsirli tədbirlərini dəstəkləyirik ki, bu da ölkəni qlobal turizm xəritəsində davamlı və çox dəyərli bir yer tutmasına gətirir ” deyə UNWTO İcraçı Şurasının Tbilisi bəyannaməsində yazılıb.

Onların bildirdiklərinə görə, Gürcüstanda 16-17 sentyabr tarixlərində Covid-19 pandemiyasından sonra dünyada görünməmiş ilk yüksək səviyyəli təmsilçi tədbir olan UNWTO İcraçı Şuranın 112-ci iclası keçirildi .

İclası dünən Gürcüstanın Baş naziri Qiorqi Qaxaria və BMT Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili açdı. Tədbirin nümayəndələri arasında İspaniya, Yunanıstan, Portuqaliya, Rumıniya, Fas və Səudiyyə Ərəbistanından və digər ölkələrdən yüksək səviyyəli qonaqlar var.

Bizimlə əlaqə saxlayın