16 
Sen
2020
15:38
2626

Hökumət bu şəxslərə kömək edəcək

"Hökumət son günlərdə tətbiq olunan məhdudiyyətlərdən təsirlənən insanlar üzərində intensiv işləyir".

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

"Son günlərdə tətbiq etdiyimiz məhdudiyyətlərə dolayı xüsusən də sosial tədbirlərlə əlaqədar olaraq, bu sahə ilə məşğul olan və gəlir əldə edən bəzi vətəndaşlarımızın təbii olaraq məhdudiyyətlərdən mənfi təsirləndiklərini başa düşürük. Hökumət bu insanların bu problemlərinin ən qısa müddətdə həll edilməsi üzərində çalışır. Əlbətdə ki, mümkün qədər qanun çərçivəsində addımların atılmasında diqqətliyik, çünki bildiyiniz kimi seçkiqabağı kampaniyadayıq və bu mövzular spekulyasiya mövzusu olmamalıdır. Məsələ üzərində işləyirik ", - deyə Natia Mezvrişvili qeyd etdi.

Bizimlə əlaqə saxlayın