16 
Sen
2020
10:58
1251

Gürcüstanda koronavirusa yoluxma sayı sürətlə artmaqda davam edir - REKORD

Gürcüstanda koronavirusa 196 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 2758-i təşkil edib.

İnterPress.ge xəbər verir ki,bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı 31 nəfər artaraq, 1412 nəfərə çatıb. Karantin rejimində 6633, nəzarətdə olan xəstəxanada 836 nəfər var.

Ölkədə 19 nəfər koronavirusdan vəfat edib.

Bizimlə əlaqə saxlayın