16 
Sen
2020
09:05
610

"Payızda gözlənilən qrip virusu Covid-19-u və ümumiyyətlə epidemiyanı idarə etməyi çətinləşdirəcək" - Çerçvadze

"Payızda gözlənilən qrip virusu Covid-19-u və ümumiyyətlə epidemiyanı idarə etməyi çətinləşdirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının direktoru Tenqiz Çerçvadze bildirib.

"Bəli, qripin pik nöqtəsi olacaq. Laboratoriya, PSR testlərlə və digər üsullarla yaxşı işləyən diaqnostik sistemimiz var. Əsasən qrip üçün başqa üsullardan istifadə etməyi nəzərdə tuturam. Koronavirus əleyhinə gün ərzində 10-11 min müayinə aparılır. Lazım gələrsə, qrip mövsümü başlayanda bu qədər qrip əleyhinə test prosesləri keçiriləcək. Laboratoriyada qrip və kovidin diferensiyası asan olacaq", - dedi Çerçvadze.

Eyni zamanda, Çerçvadze, koronavirusla bağlı qaydaların tətbiq edilməsinin vətəndaşları mövsümi qripdən qoruyacağını vurğulayır.

“Əgər mövsümi qripə yoluxma baş verərsə, koronavirus əleyhinə tətbiq edilən qaydalar (məncə, olmayacaq) pandemiya ilə bərabər qripə yoluxmadan da qoruyacaq. Məsələn, 2009-2010-cu illərdə yayılan donuz qripi. Tənzimləmə və profilaktik tədbirlər tamamilə eynidir. Həkimlər çox ciddi təcrübə qazanıblar və ümid edirəm ki, menecment idarə baxımından problem yaşanmayacaq”, - dedi Tenqiz Çerçvadze.

Bizimlə əlaqə saxlayın