15 
Sen
2020
13:42
444

Marina Ezuqbaia: "Acara bizim üçün əsas və vacib bölgədir"

“Bu mərhələdə xəstəliyin ölkədə yayılmasının qarşısını almaq və mövcud vəziyyəti idarə etmək mümkündür. Acara hal-hazırda Koronavirusdan irəli gələrək diqqət mərkəzindədir.

İterPress.ge xəbər verir ki, bu haqda Tbilisinin Yoluxucu Xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlamasında bildirib.

"Cüt rəqəmli hallar olanda 460-500 çarpayıdan danışırdıq. Bu günki gündə yoluxma halları artıq üç rəqəmliyə çevrilib və çarpayı sayı üç dəfə artırılıb. Eyni zamanda, yüngül və koronavirus simptomları olmayan xəstələrin müalicəsi üçün mehmanxana xəstəxanaları yaradılıb. Yataq fondu və əlavə ediləcək mehmanxanalar nəzərdə tutlub. Dünyada elə bir təcrübə var ki, yüngül və simptomsuz xəstələrin müalicəsi evdə baş tutur. Karantin məkanına xəstəxanaya və ya otel xəstəxanasına yerləşdirilən xəstələr virusun yayılmasının bir şəkildə qarşısını almaq üçün bir çıxış yoludur. Xəstələrə stasionar və otel stasionar tərzdə qulluq göstərməyə davam edə bildiyimiz müddətcə bu proses davam edəcək. Ölkədə elə bir rəqəm olacağını düşünmürəm ki, sürətli lokalizasiya ilə bu vəziyyəti sabitləşdirə bilməyək.

Qalanlarının lokallaşdırıldığını görürük, məsələn, Imereti, Quria, Sameqreloda gün ərzində məlumatlarda ciddi bir artım müşahidə edilmir. Bunlar çox aşağı dərəcələrdir. Acara bizim üçün əsas və vacibdir bölgədir, çünki orada çox səfərbərlik, daxili turizm ilə əlaqəli insan axını oldu. O, eləcə də koronavirus müalicəsinin üsulunun və protokolunun dəyişmədiyini qeyd etdi.

Xəstənin orta dərəcədə, yüngül və ya ağır, hətta asemptomatik olması vacib deyil, xəstəlik ağırlaşma baxımından ilk 10 gündə irəliləyə bilər. Bu səbəbdən xəstə müşahidə altında tutulur və bununla da ağırlaşmanın qarşısını müəyyən dərəcədə alırıq ” dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın