15 
Sen
2020
12:07
1469

Qardabanidə və Rustavidə koronavirusa yoluxma qeydə alındı

Gürcüstanda son 24 saat ərzində təsdiqlənmiş koronavirusun 170 yeni halından 1-i Rustavi, 3-ü Qardabaniqeydə alınıb.

İnterPress.ge xəbər verir ki, bu haqda Kvemo Kartli ictimai sağlamlıq və təhlükəsiz ətraf mühit mərkəzinin rəhbəri Davit Beqaşvili məlumat verib.

“Rustavidə təsdiqlənmiş koronavirus halı Aversi klinikasının Rustavidəki filialına aiddir. Qardabanidə isə yoluxma hallarından biri virusdaşıyıcısı ilə təmasdır, ikisinin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

Dünən Rustavidən Luqar laboratoriyasına göndərilən 150 bioloji nümunədən yalnız birində koronavirus təsdiqləndi” dedi Beqaşvili

Bizimlə əlaqə saxlayın