15 
Sen
2020
10:51
1193

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə REKORD həddə artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 170 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 2562 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, sağalanların ümumi sayında dəyişilik olmayıb və hal-hazırd 1369 nəfər təşkil edir.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6633 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 19 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər