15 
Sen
2020
09:34
3593

Bu gündən etibarən Gürcüstana səfər edənlər üçün yeni qayda qüvvəyə minir

"Gürcüstanın sərhədlərini şərtsiz açdığı ölkələrin vətəndaşları, 15 sentyabrdan ölkəyə daxil olduqda PCR testin cavabını əks etdirən sənəd təqdim etməli olacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili açıqlama verib.

Kvrivişvili sözlərinə görə, sərhədi keçərkən vətəndaşlar son 72 saat ərzində aparılmış PCR test sənədini təqdim etməli olacaqlar.

“Koordinasiya Şurasının qərarına əsasən, karantin müddəti 15 sentyabrdan etibarən 9 gün ilə məhdudlaşdırılacaq. Sərhədlərini qarşılıqlı açdığı ölkələr siyahısında olan bütün ölkələrin vətəndaşları Gürcüstana daxil olduqda 72 saatlıq PCR test cavabını əks etdirən sənədi təqdim etməli olacaqlar və əgər test cavabı mənfi olarsa sərhəddən karantin olmadan keçə biləcəklər", - deyə Kvrivişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın