15 
Sen
2020
09:25
1081

Gürcüstanda karantin müddəti qısaldıldı

Bu gündən etibarən Gürcüstana xarici ölkələrdən gələnlər üçün karantin müddəti 8 günə endirildi.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib.

“15 sentyabrdan etibarən karantin müddətinin azaldılmasına dair tənzimləmə qüvvəyə minəcək. Hökumətin məhdudiyyətlərə qarşı asılılığını hamı yaxşı bilir", - deyə Mezvrişvili qeyd edib.

Qeyd edək ki, hökumətin qərarına əsasən ölkəyə girənlər üçün 14 günlük karantin müddəti 8 günə endirildi. 8 günlük karantin müddəti bitdikdən sonra yəni 9-cu gün karantində qalan şəxs PCR testdən keçiriləcək, əgər test cavabı mənfi olarsa vətəndaşlar karantin ərazisini tərk edəcəklər və buna baxmayaraq 12-ci gün yenidən PCR testdən keçəcəklər.

Bizimlə əlaqə saxlayın