15 
Sen
2020
09:17
928

Azərbaycandan yüzlərlə Gürcüstan vətəndaşı təxliyə edildi

Bu ilin iyul ayından indiyədək 2 500-ə yaxın Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Təxliyələr Gürcüstan hökumətinin göstərişi və Azərbaycanın müvafiq dövlət qurumları ilə razılıq əsasında səfirliyin təşkilatçılığı ilə həyata keçirilib.

Gürcüstana göndərilən vətəndaşlar arasında yeniyetmələr, yaşlılar, hamilə qadınlar, sağlamlıq imkanları məhdud və xroniki xəstəlikləri olan şəxslər üstünlük təşkil edib.

Səfirlikdən qeyd olunub ki, Gürcüstanda təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının ölkəyə səfərləri ilə bağlı müraciətləri nəzərdən keçirilir. Eyni zamanda səfirliyin konsulluq xidməti vətənə qayıtmaq istəyən Gürcüstan vətəndaşlarının qeydiyyatını davam etdirir.

Bizimlə əlaqə saxlayın