14 
Sen
2020
15:13
2706

Gürcüstanın bu bölgələrində də məktəb təxirə salındı

"1 oktyabr tarixinə qədər Axmeta bələdiyyəsinin Matani kəndində, Çoxatauri bələdiyyəsinin Zot və Çxakaura kəndlərində, Qori Bələdiyyəsinin Kiçnisi kəndində onlayn təhsil davam edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan kəndlərin yaxınlığında nəzarət punktları yaradılıb. Xüsusilə adı çəkilən bələdiyyədə yaşayan bütün yerli sakinlər test və termoskrininqdən keçəcəklər.

Bizimlə əlaqə saxlayın