13 
Sen
2020
18:32
1038

Acarıstanda son vəziyyəti səhiyyə naziri açıqladı: "Vəziyyət olduqca gərgindir"

"Acarada 88 koronavirus halı qeydə alındı, xəstəlik sayı artır, vəziyyət olduqca gərgindir, ancaq nəzarət altındadır. Qeyd edim ki, vəziyyətə nəzarət edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze qeyd edib.

"Hər təmas, hər xəstə təqib edilir, tövsiyə verilir və vaxtında "PCR" diaqnozu qoyulur. Əhaliyə bir daha müraciət edirəm ki, ətrafınızdakı dostlarda, qonşuluqda və ya tanışlarda koronavirus əlamətləri aşkar olunarsa və ya şübhələnsiz dərhal epidemioloqlara müraciət edin və təcrid olunun. Test cavabından asılı olmayaraq, təmasda olan şəxslər 12 günlük təcridetmə qaydalarına riayət etməlidirlər.

Gürcüstan Səhiyyə Nazirliyi və Tənzimləmə Agentliyinin təşəbbüsü ilə iki günlük işgüzar iclasımız baş tutdu. Bütün müvafiq tibb müəssisələri ilə görüşlər keçirildi. Bilirsiniz ki, artıq cəlb olunan qurumların sayı artır. Dünəndən etibarən Covid-19 un idarə olunması üçün 260-a qədər çarpayı səfərbər edildi, ancaq zəruri hallarda müqavilə bağlanacaq tibb müəssisələri seçildi", - Nijaradze bildirdi.

Acarıstanın Səhiyyə Naziri əhalinin PCR testlərin edildiyi Batumi bulvarından çadırların götürülməsinin səbəbini açıqladı .

Eyni zamanda, Nino Nioradzenin bildirdiyinə görə, Batumidə iki çadır qalıb.

Vəziyyət həqiqətən nəzarət altındadır və təşvişə səbəb heç nə yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, sabahımız tamamilə bizim və vətəndaşlarımızın məsuliyyətindən asılıdır, maska ​​taxmaq, məsafəni qorumaq, gigiyenaya riayət etmək lazımdır.

Çadırlar son iki gündə turist axını xeyli azaldığından bulvarın üç yerindən götürüldü. Ancaq 2 çadır ən fəal ərazilərdə Xopi bazarının və avtovağzalın yaxınlığında var və şəhərdəki həftə sonları da daxil olmaqla beş poliklinikanın hamısı fəaliyyətlərini davam etdirirlər", - dedi Nino Nijaradze.

Bizimlə əlaqə saxlayın