13 
Sen
2020
15:05
672

Özbəkistan vətəndaşı Tbilisidə həbs olundu - VİDEO

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Özbəkistan vətəndaşı Tbilisidə həbs olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, o, kompüter sisteminə icazəsiz giriş və oğurluqda günahlandırılır.

"İstintaqla müəyyən olundu ki, bu il 28 iyun tarixində müttəhim vətəndaşlardan birinin, "Sakartvelos bank"ın plastik kartının olduğu onlayn kazino və totalizator "Adjarabet" hesabına daxil olub. Təqsirləndirilən şəxs zərərçəkmişin hesabından 9 190 larini qanunsuz olaraq öz hesabına köçürüb və sonra pulu hesabından çıxarıb.

İstintaq, Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddənin 1-ci hissəsi və 17-ci maddəsinin 2-ci hissəsinin " a " altbəndinə əsasən aparılır. Cinayət 2 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur", - deyə DİN-dən verilən məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər