12 
Sen
2020
12:35
466

Ezuqbaia: "Əhali qorxmasın, əksinə özlərinə qarşı tövsüyyələri gücləndirsinlər"

"Əhali koronavirusun təsdiqlənmiş 158 yeni halı ilə qorxmasın, əksinə özlərinə qarşı tövsüyyələri gücləndirsinlər".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia qeyd edib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların mənbələri nə qədər çox bilinərsə təhlükə bir o qədər az olar.

"Təmasların aşkar edilməsi çox fəal davam edir. Ancaq təmaslar kimi yoluxma sayı da artmaqda davam edir. Bu isə bizim xəstəliyin lokalizasiyasına və yumşaldılmasında doğru getdiyimizin əsasıdır. Yoluxma hallarına, mənbələrinə, ərazilərə vaxtlnda müdaxilə etmək ən yaxşı çıxış yoludur.

Əsaa odur ki, dövlət və səhiyyə sektoru tərəfindən mühüm işlər görülür, müvafiq addımlar atılır. Əminik ki, vaxtında verilən qərarlarla mövcud vəziyyət də bu günədək olan vəziyyət kimi idarəolunan olacaq.

Səhv etmirəmsə gün ərzində 9000-dək test prosesi aparılır. Özünütəcrid koronavirusun yayılmasının prevensiyası məqsədilə çox yaxşı üsuldur. Yoluxma hallarının mənbələri nə qədər çox bəlli olarsa vəziyyət bir o qədər idarəolunan olar.

Son 24 saat ərzində koronavirusun 158 yoluxma halı əhalini qorxutmasın,ancaq bu tövsiyyələrə riayət etməmək mənasına gəlmir. 158 hal biz tövsiyyələri sərtləşdirməyimiz deyir "- M. Ezuqbaia.

Bizimlə əlaqə saxlayın