12 
Sen
2020
11:35
3563

Kiçik şəhərlərdə və rayonlarda məktəblər bu tarixdən açılacaq

"Artıq təhsilə başlamış məktəblər məsafəli təhsil formatına keçməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ekaterine Dqebuadze bildirib.

Onun sözlərinə görə, qərar həm dövlət, həm özəl məktəblərə, həm də ali təhsil müəssisələrinə aiddir.

Tbilisi , Rustavi, Kutaisi, Qori, Zuqdidi və Potidən başqa digər bələdiyyələrdə tədris prosesi siniflərdə olduğu kimi auditoriyalarda da 15 sentyabrda başlayacaq. Təhsil Nazirliyi həm sinifdə, həm də məsafəli təhsil prosesinə başlamağa hazırdır.

"Koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyi yayda məsafəli təhsilin inkişafı üçün mühüm addımlar atdı və bu gün deyə bilərik ki, təhsil sistemi tədris prosesini həm sinifdə, həm də məsafəli aparmağa hazırdır", - dedi Dqebuadze.

Bizimlə əlaqə saxlayın