11 
Sen
2020
14:16
7739

Bu borclar silindi...

26 991 abonent dövlət təzminatından faydalanıb və 2020-ci il meliorasiya xidməti vergisindən azad edilib, faydalananların qənaəti isə 3 180 517 larini təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.

Agentliyin verdiyi məlumata görə, kənd təsərrüfatının böhran əleyhinə planı çərçivəsində su istifadəçilərinin "Gürcüstan Meliorasiyası"na olan borcları tamamilə silinib.

"Gürcüstanda yeni koronavirusun (COVID-19) yayılması nəticəsində meydana gələn iqtisadi zərəri yumşaltmaq üçün hazırlanmış "Kəndə və Fermerlərə Qayğı" böhran əleyhinə əkinçilik planı meliorasiya istiqamətilə fayda verir. 10 hektara qədər ərazidə suvarma və drenaj xidmətlərindən yararlanan fermerlər 2020-ci il meliorasiya xidməti vergisindən azad olublar " - agentliyin açıqlamasında qeyd edilir.

Bizimlə əlaqə saxlayın