11 
Sen
2020
13:35
1767

Gürcüstanın "Yaşıl zona"dan çıxdığı açıqlandı

"Koronavirus halları sayı artdıqca çarpayılar artırılacaq və gücləndiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb müdiri Marina Ezuqbaia qeyd edib.

Marina Ezuqbaianın bildirdiyinə görə, səhiyyə sistemi koronavirus kəskin artımının öhdəsindən gələcək və lazım gəldikdə çarpayılar artırılacaq və gücləndiriləcək.

"Qeyd edim ki "Yaşıl zona" dan çıxdıq ancaq yoluxma sayı aşağıdır. İndiyə qədər əlimizdəki vəziyyəti qoruyub saxlasaq, problemimiz olmayacaq. İlk gündən etibarən dövlət, hökumət, səhiyyə, tibb sektoru bütün yoluxma mənbələrini idarə etdi. Epidemiya zamanı halların kəskin artması ilə birlikdə, yerli partlayışların qarşısını almaqla da məşğul olduq. Əminəm ki, biz bunun da öhdəsindən gələ bilərik. Səhiyyə sistemi hazırdır. Çarpayılar fondu var, yoluxma sayı artdıqca yataq əlavə ediləcək və gücləndiriləcəkdir. Səhiyyə tibb sektoru hazırdır. Söhbət hökumətdən, səhiyyə və tibb sektorundan gedir. İndi əsas vətəndaşların qaydalara riayət etməyə çağırmaq, onları koronavirusun mövcud olduğunu və heç bir yerə getmədiyini dair məlumatlandırmaqdır" - deyə Marina Ezuqabaia qeyd edib.

Bizimlə əlaqə saxlayın