11 
Sen
2020
12:30
1137

Gürcüstanda sentyabr ayının 14-dək hava necə olacaq?

11-14 sentyabr tarixlərində Gürcüstanın qərbində isti və yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirilir ki, 11-12 sentyabr tarixlərində Gürcüstanın qərbindəki ovalıqlarda və dağlarda havanın temperaturunun +30, +35 dərəcə olacağı, bəzi bölgələrdə sentyabrın 13-də +38 dərəcəyə qədər yüksələcəyi gözlənilir. 14 sentyabrda isə +28, +33 dərəcəyə enəcək.

Məlumatına görə, Şərqi Gürcüstanın aran və dağlıq ərazilərində havanın temperaturunun +29, +34 dərəcə isti olacağı, yüksək temperatur fonunda bəzi ərazilərdə qısa yağış, şimşək çaxacağı və dolu müşahidə olunacağı gözlənilir.

Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Hava istiliyi +30, +32 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın