11 
Sen
2020
12:08
1841

Gürcüstanda koronavirusun kəskin artmasının səbəbi açıqlandı

"Koronavirusa yoluxmuş insanların sayındakı artım, son dövrlərdə səfərbərliyin artması və qaydalara riayətin zəifləməsinin nəticəsidir".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia qeyd edib.

Onun bildirdiyinə görə, koronavirusun ikinci dalğası oktyabrın sonu və ya noyabrın ortalarında gözlənilirdi.

“Xəstəliyin artacağını payızda gözləyirdik, çünki payızda az çox yoluxucu virus xəstəlikləri aktiv olur. Hal-hazırda ölkəmizdə virusun ciddi artımı var və belə bir artımın ikinci dalğa kimi qəbul edilə biləcəyini düşünürəm. Bu mərhələdə mən ikinci dalğa haqqında danışmıram. İkinci dalğa, virusun xüsusiyyəti ilə əlaqədardır, o öz xüsusiyyətini dəyişdikdə və ya fəsil dəyişəndə, o ikinci dalğa olaraq göstərir" - dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın