11 
Sen
2020
10:11
2470

Gürcüstanda koronavirusa yoluxma sürətlə artır - REKORD YOLUXMA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 87 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 1917 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 20 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 1354-ə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5882 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 19 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın