11 
Sen
2020
09:17
451

Müəllimlərin təsadüfi qaydada testdən keçirilməsi də planlaşdırılır

"Təsadüfi prinsiplə müəllimlərin testdən keçirilməsi planlaşdırılır".

InterPress.ge xəbər verir ki, bu barədə Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidze güclü epidemiya vəziyyətində olan ərazilərdə yaşayan müəllimlərə özlərini təcrid etməyə dair müraciət etdi.

"Kutaisinin 32 saylı məktəbi yeni klaster ola bilər. Orada ilkin mənbə olaraq bayram şənliyi ehtimal edilir.

Buna görə də, ölkənin təhsil almağa hazırlaşdığı bir vaxtda, xüsusilə Acarıstan və Leçxumidəki son 2-3 həftə ərzində istirahət edən və güclü epidemiya vəziyyətində olan ərazilərdə yaşayan bütün müəllimlər profilaktik tədbirlər görməli, özlərini təcrid etməlidirlər. Virusun ilk simtptomları olarsa 112 ilə əlaqə saxlamalıdırlar.

Müəllimlərin təsadüfi qaydada testdən keçirilməsi də planlaşdırılır. Bunun üçün plan hazırlanır ”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın